Bloqun müəllifi
Lalə Tofiq qızı Dilənova
Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olub. Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbini bitirib. Türkiyə Respublikasının Gazi Universitetindən Jurnalistika üzrə bakalavr və magistr dərəcəsi alıb.
Uzun illər Türkiyə mətbuatında jurnalist kimi fəaliyyət göstərib. 2009-cu ildən Azərbaycan Universitetinin müəllimidir. Müxtəlif illərdə Bakı Avrasiya Universiteti və Bakı Slavyan Universitetlərində Jurnalist etikası, Yeni media, PR texnologiyaları fənlərini tədris edib.
Əsas tədqiqat və maraq sahəsi yeni mediadır.